QHT nümayəndələri Cəbrayıla səfər ediblər

16:19 25.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb.

 

Hafta.az xəbər verir ki, 150-dən çox qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində "Dostluq" bulağı ilə tanış olması nəzərdə tutulur.

 

QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.