Yazını böyüt
Yazını kiçilt
Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev cümə axşamı keçirilən iclasda istefa verib.
Hafta.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
O bunun şəxsi qərarı olduğunu və kənar təzyiq olmadığını bildirib:
"Mən xalqa, dövlətə və parlamentə xidmət edirəm, bir və ya iki şəxsə deyil".
Şakiyev VIII parlamentin sədri kimi 2025-ci il dekabrın 17-də seçilmişdi və əvvəlki çağırışda da parlamentə rəhbərlik edib. Onun istefası Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsindən sonra mətbuatda geniş müzakirə olunurdu, amma parlament bu məlumatı təkzib etmişdi.