Qırğızıstanın təhsil və elm naziri Kanıbek İmanəliyev, ölkənin 3 fərqli şəhərində rus dilində təhsil verəcək rus məktəblərinin tikintisinə sentyabrın 1-dən etibarən başlanılacağını bildirib.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, ilk növbədə Bişkekdə, eləcə də bölgə mərkəzləri Batken və Karakolda rus dilində təhsil verəcək məktəblər tikiləcək. Növbəti aylarda daha 6 məktəbin təməli qoyulacaq və tikintisinə başlanılacaq.
Moskva ilə Bişkek arasında bağlanan müqavilələrə əsasən, Rusiya paytaxt da daxil olmaqla Qırğızıstanın 7 rayonunda rus dilində təhsil verəcək məktəblərə vəsait ayırıb. Rus dilində təhsil verən məktəblərin hər biri 1220 şagird yerlik olacaq, təhsil kompleksində 2 idman zalı və 2 hovuz tikiləcək.
Məzunlara rus və qırğız dillərində təhsil haqqında attestat veriləcək. Layihənin ümumi dəyərinin təxminən 500 milyon dollar olduğu təxmin edilir.
Hazırda Qırğızıstanda 2300-ə yaxın ümumtəhsil məktəbi var ki, onlardan 10 faizi ölkədə rəsmi statusa malik rus dilində tədris olunur.