Qış başlayandan bəri Fransanın Atlantik okeanı sahillərində ən azı 910 delfin vurub.
"France 24" La Rochelle Okeanoqrafiya İnstitutunun məlumatlarına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, təkcə son bir həftə ərzində Atlantik okeanı sahillərində 400-dən çox dəniz məməlisinin cəsədi tapılıb. Heyvanların müayinəsi onların bəzilərinin bir neçə gün əvvəl, digərlərinin isə bir neçə həftə əvvəl öldüyünü göstərib.
Delfinlərin əksəriyyətində balıqçı torları və digər avadanlıqların, həmçinin qayıq mühərriklərinin zədələnməsinə uyğun xəsarətlər olduğu aşkar edilib.
Tədqiqatçılar ölü delfinlərin sayının hələ də ilkin olduğunu və arta biləcəyini deyirlər. 2017-2020-ci illər arasında qışda sahilə çıxan delfinlərin orta sayı 850 fərd təşkil edib. Onların əksəriyyəti fevral və mart aylarında, delfinlər adətən qida axtarışında quruya yaxınlaşdıqda və balıqçılarla qarşılaşdıqda ölüb.