Qızıldaş qəsəbə sakinləri ilə səyyar görüş keçirilib

18:10 19.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib.

Hafta.az-ın yazdığına görə, qəbulda Qızıldaş qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və 60-a yaxın qəsəbə sakini iştirak edib. 

Sakinlərdən 7 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Başçı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.