Qlobal iqtisadi mənzərə daha qaranlıqdır - BVF

14:29 14.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Valyuta Fondu son aylarda satınalma menecerlərinin sorğularının davamlı pisləşməsinə istinad edərək bildirib ki, qlobal iqtisadiyyat üçün proqnoz keçən ay proqnozlaşdırılandan daha qaranlıqdır.

Bundan əvvəl BVF 2023-cü il üçün qlobal artım proqnozunu əvvəlki 2,9%-lik proqnozdan 2,7%-ə endirib.

İndoneziyada keçirilən G20 liderlərinin sammiti üçün hazırlanan bloq yazısında BVF, son yüksək tezlikli göstəricilərin, xüsusən də Avropada "görünüşün daha qaranlıq olduğunu təsdiqlədiyini" söyləyib. Qeyd olunur ki, istehsal və xidmət sahələrində aktivliyi ölçən son Satınalma Menecerləri İndeksləri, iqtisadi aktivliyin azalması və inflyasiyanın davamlı olaraq yüksək olaraq qalması ilə ən böyük G20 iqtisadiyyatlarının əksəriyyətində zəiflikdən xəbər verir.

"Qlobal iqtisadiyyatın üzləşdiyi problemlər çox böyükdür və zəifləyən iqtisadi göstəricilər qarşıda gələcək problemlərə işarə edir" deyən BVF, cari siyasət mühitinin "qeyri-müəyyən" olduğunu əlavə edib.