QMİ sədri Səudiyyə Ərəbistanına səfər edir

13:04 10.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Məkkəyə səfərdən öncə QMİ sədri Ulu Öndərin Anım günündə - anadan olmasının 99-cu ildönümündə Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin məzarı başında əziz xatirəsini yad etdi, ruhuna dualar oxuyub. Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı başında ruhunu yad edib.