Qolf meydançasından inşaat materialları oğurlayan şəxslər yaxalanıblar

21:00 29.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunda qolf meydançasından inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Qəbələ rayonu ərazisindəki qolf meydançasının ərazisindən 670 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən oranın gözətçisi P.Məmmədov və şəhər sakini M.Şeydayev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.