Avstraliya vətəndaşı Moskvanın Domodedovo hava limanında yanında götürdüyü 8 milyon rubl (91 min dollar) dəyərində saata görə saxlanılıb.
Hafta.az-ın “Moskviçmag” jurnalına istinadən yazdığına görə, qoluna “Audemars Piguet” markalı saat bağlayan əcnəbiyə 7 il həbs cəzası verilə bilər.
Jurnal bu yaxınlarda İsveçrədən Moskvaya gedən Belarus vətəndaşının eyni markalı saata görə həmin hava limanında saxlanıldığını xatırladıb.
Son hadisədə Dubaydan Moskvaya uçan avstraliyalı bildirib ki, saatı bəyan etməli olduğunu bilmir. “Royal Oak” kolleksiyasından olan saatın korpusunun çəhrayı qızıldan, şüşəsinin isə sapfirdən hazırlandığı açıqlanıb.
Rusiya qanunvericiliyinə görə, bahalı saatlar da digər qiymətli mal və məhsullar kimi gömrük keçidlərində bəyan edilməlidir.