Qondarma “artsax” üzrə “beynəlxalq komissiya”ya terrorçu “Daşnaksütyun” üzvləri də daxil oldu

13:47 26.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, keçən -2023-cü ilin sonunda ordumuzun cəmi 1 sutkalıq lokal əməliyyatından sonra ləğv olunmuş qondarma separatçı-terrorçu rejimin qanunsuz “parlamenti”nin İrəvandakı gizli iclasında “artsax” məsələsi üzrə üzdəniraq “beynəlxalq komissiya” yaradılması haqda qərar verilmişdi.

Hafta.az xəbər  verir ki, “Hraparak” bu sabah yazdığından bəlli olur ki, sözügedən qondarma “komissiyanın da parlamenti var; mandat verir və beynəlxalq strukturlarda və müxtəlif platformalarda artsax xalqının əsas hüquqlarının müdafiəsi, repatriasiya və digər məsələlərlə məşğul olmalıdır”.

“Bir neçə gün əvvəl keçmiş xarici işlər naziri Vardan Oskanyan bu komissiyanın işini koordinasiya edəcəyini bildirmişdi. Bizə məlum oldu ki, komissiyanın işində "Daşnaksütyun"unun nümayəndələri Mario Nalbandyan, “Hay Data” Avropa Bürosunun rəhbəri Qaspar Karapetyan, parlamentin keçmiş deputatı, politoloq Karen Bekaryan və artsaxın hazırkı ombudsmanı Geqam Stepanyan da iştirak edir. Bununla belə, komissiyanın tərkibi genişləndirilə bilər. Komissiyanın necə fəaliyyət göstərəcəyi və beynəlxalq strukturların artsax tərəfindən yaradılmış bu komissiyanı nəzərə alacaqları hələ məlum deyil, çünki komissiyanın tərkibi yenicə formalaşıb və ilk addımlar hələ atılmayıb”- Ermənistan qəzeti belə yazır.