Qrenlandiyada anomal istilər rekord qırdı

09:52 05.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qrenlandiyada meteoroloqlar bütün müşahidələr tarixi ərzində yanvar ayının ən yüksək temperaturunu qeydə alıblar. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hafta.az xəbər verir ki, məlumatda deyilir: "2026-cı ilin yanvar ayında orta temperatur 0.2 dərəcə Selsi təşkil edib ki, bu da bütün müşahidələr tarixi ərzində ən yüksək göstəricidir və 1991-2020-ci illər üzrə tarixi orta temperatur olan -7.7 dərəcə Selsini əhəmiyyətli dərəcədə üstələyir".

Qrenlandiya İqlim Tədqiqatları Mərkəzinin rəhbəri Yakob Hoyerin sözlərinə görə, havanın istiləşməsi suyun temperaturunun yüksəlməsinə səbəb olacaq ki, bu da Danimarkanın muxtar bölgəsinin ekosisteminə təsir göstərəcək.