Quba rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulub

14:12 12.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Qubanın Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

ASC-dən hafta.az-a-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində Tülər düzü və Tülər kəndlərində ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 kilometrə yaxın 10 kilovoltluq, 16 kilometrdən çox 0,4 kilovoltluq elektrik xətləri yenilənəcək. Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Qubanın 4 kəndində - Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yenilənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir.

1000-dən artıq sakini olan 4 kənddə ümumilikdə, 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 kilometrə yaxın 10 kilovoltluq, 14 kilometrdən artıq 0,4 kilovoltluq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. Mərhələli şəkildə kəndlərin, xüsusilə ucqar ərazilərin elektrik şəbəkəsi tam yenilənir.