Qubada 4 bələdiyyə sədri cəzalandırılıb

14:52 17.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Birinci Nügədi, Ağbil, Rustov və Təngəaltı kəndləri əraziləriində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə hər dörd kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.