Qubada 43 yaşlı qadın intihar edib

16:48 22.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunda intihar faktı qeydə alınıb.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəvədabanı adlanan ərazisində baş verib. Sumqayıt şəhərində qeydiyyatda olan, 1977-ci il təvəllüdlü E.Sultanova özünü kirayə qaldığı evdə asıb. O, intihardan əvvəl yaxınlarına məktub yazıb.  

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.