Qubada yanğın 500 hektar meşə sahəsinə ziyan vurub

14:13 20.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur.

Hafta.az-ın məlumatına görə, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə sahəsinə keçib.

“Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.