Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb

16:07 12.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunun Çartəpə kəndinin sakini Toğrul Orucovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etməsi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.