“Yaxşı ki, qeyri-hökumət təşkilatları simalarını göstərdilər. Onlar onsuz da siyasətdə idilər və QHT funksiyalarını yerinə yetirmirdilər. Bu, indi artıq hüquqi cəhətdən də təsdiqlənəcək!
Hafta.az-ın yazdığına görə, bu haqda “Xalqın Gücü”nün icraçı katibi Quram Macaraşvili açıqlayıb.
Macaraşvili qeyri-hökumət sektorunun nümayəndələri tərəfindən “Azadlıq Meydanı” siyasi hərəkatının yaradılmasına münasibət bildirir. Macaraşvili, onları donor təşkilatların maliyyələşdirdiyini deyir.
“Donor təşkilatların partiyaları birbaşa qaydada maliyyələşdirməsi ilə bağlı dediklərimiz bir daha təsdiqləndi. Qeyri-hökumət təşkilatları dedilər ki, gizlənməyin heç bir mənası yoxdur, gəlin əməkdaşlığı hüquqi cəhətdən də formalaşdıraq. Cəmiyyət başa düşdü ki, müxalifəti dəstəkləyən donor təşkilat hakim ola bilməz”, - Quram Macaraşvili açıqlayıb.