Qusarda fərdi evdə yanğın baş verib

20:48 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunda ümumi sahəsi 100 m² olan mansarda tipli birmərtəbəli evin mansardasının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.