Yazını böyüt
Yazını kiçilt
Qusar rayonunun Laza kəndi ərazisində, süni göldə batan 1 nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*** 15:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunun Laza kəndi ərazisində yerləşən süni göldə 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.