Qusarda hasar 3 azyaşlının üstünə aşdı - bir ölü

12:05 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunda faciə baş verib.

Hadisə rayonun Cibir kəndində baş verib. Belə ki, kənd sakini Valəddin Şeydayevə məxsus həyətin mişar daşı ilə hörülmüş hasarı və dəmir qapı uçub. Hadisə nəticəsində hasarın yanında olan 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva hasarın və darvazanın altında qalıb.

A.Əlisultanov hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Oxunma sayı 2237