Qusarda ölümlə nəticələnən yol qəzası olub

22:00 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 30-da saat 18 radələrində rayonunun Aşağı Ləyər kəndi ərazisində şəhər sakini S.Orucəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Ümid Talıbov orada ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.