İtaliyada bir katolik rahibə də basqın zamanı həbs edilən 25 narkotik mafiyası ilə əlaqədə şübhəli bilinən şəxs arasında olub. Bu barədə CNN məlumat yayıb.
57 yaşlı Anna Donnelli bacı Brescia və ətrafındakı bir neçə həbsxanada könüllü kimi çalışıb. O, məhbuslar arasında Kollinin bacıı kimi tanınırdı. Polisin məlumatına görə, Donelli həbsxanada cinayətkarlarla təkcə Allah haqqında danışmayıb, həm də Kalabriya mafiya qrupu “Ndrangheta” ilə əlaqəli olanlara kömək edib.
Rahibə mafiya ilə əməkdaşlıqda ittiham olunur. Müstəntiqlərin fikrincə, o, narkomafiyanın rəhbərləri ilə sıravi üzvləri arasında mesajlar ötürmək üçün ruhaniliyindən istifadə edib. “O, əmrlər, göstərişlər verib, cinayət strategiyasının daha yaxşı planlaşdırılması üçün məhbuslardan faydalı məlumatlar alaraq cinayət ortaqlarına mənəvi və maddi yardım göstərib”, - deyə prokuror izah edib.
“Ndrangheta” İtaliyanın ən yoxsul əyaləti olan Kalabriyada yaranmış böyük italyan mütəşəkkil cinayətkar qrupdur. O, 40-dan çox ölkədə cinayət fəaliyyəti ilə məşğuldur: varlı varisləri qaçırmaq və narkotik satmaq. Bundan əlavə, o, hüquqi sahədə bizneslə məşğul olur: tikinti, restoran biznesi və pərakəndə ticarətlə məşğuldur.