Ramazanda oruc tutmayanlar kafirdir - YENİ FƏTVA NARAZILIQ YARATDI

12:50 14.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirdə Ramazan ayında oruc tutmayan müsəlmanların kafir olduğunu bildirən təkfir məzmunlu fətva verən "Əl-Misri əl-Yevm" qəzeti ölkə ictimaiyyətinin böyük reaksiyasına səbəb olub.

Hafta.az-ın yazdığına görə, sərt reaksiyanı görən qəzet rəhbərliyi yazılı açıqlama yayaraq ictimaiyyətdən üzr istəyib. Bildirib ki, oruc tutmayan və bu fikirlə razılaşmayanlar üçün qəzetdə “küfr/kafir” ifadəsi işlədilməyib.

Qəzetin saytında dərc olunan bəyanatda deyilir: “Səhvləri etiraf etmək bir fəzilət olduğundan, qəzetimiz oxucularına açıq və səmimi üzr istəməyi borcludur”.

"Əl-Mısri əl-Yevm"in baş redaktoru belə bir yanlış mövqeli yazının qəzetdə necə və kim tərəfindən dərc edilməsi barədə araşdırma aparmağa başlayıb. Rəhbərlik bildirib ki, yazının müəllifi və yayıma məsul redaktor çox ciddi cəzalandırılacaq. 

Yeri gəlmişkən, Misir Ali Mətbuat Nizamnamə Şurası "Əl-Misri əl-Yevm" qəzetinin rəsmi nümayəndəsini hansısa bir şeyxin dediklərinə istinadən dərc etdiyi yazı ilə ictimaiyyət aarsında nifrət və ayrı-seçkilik yaratmaqda ittihamlayıb. 

"Ali Şuranın Monitorinq İdarəsi internet saytları və mətbuat fəaliyyətinin monitorinqi çərçivəsində qəzetə qarşı sosial medianın sərt tənqidi və zorakı hücumu ilə bağlı baş verənləri izləyir", - İdarə Heyətinin bu gün yaydığı bəyanatda deyilir.

"Ramazanda gündüz vaxtı kafirə yemək satmağın hökmü nədir?" adlı məqalə dərc edilib. Suriya əsilli Şeyx Məhəmməd Saleh əl-Muneccidə aid olduğu bildirilən fətvada “Ramazan ayında yeyəcəyi bilinən və ya zənn edən birinə yemək satmaq olmaz, ancaq onu müsafirlərə, xəstələrə və sair satmaq mümkündür” deyilir. Bu da müsəlmanlara qarşı ayrı-seçkiliyi təşviq etməklə yanaşı, dünyəvi təbəqəni də kafir elan edir.

Qəzet tənqidlərə cavab olaraq fətvanı internet saytından və sosial media hesablarından silməklə oxuculardan üzr istəsə də, sadə misirlilər qəzetin üzrxahlığını yetərli saymır və daha ciddi cəzalandırılmasını tələb edir. "Əl-Misri əl-Yevm" qəzetinin baş redaktoru İhal əz-Zelaki Twitter hesabında qəzeti tənqid edənlərə cavab verərək, media araşdırmalarında səhvlərin ola biləcəyini və bunun məsələyə aidiyyəti olmadığını bildirib. O, bu səhvin qurumun siyasəti ilə heç bir əlaqəsi olmadığını və qəzetin bu vəziyyətdən həqiqətən də narahat olduğunu, məsələni araşdıracağını bildirib.