Ramiz Abutalıbov II Fəxri xiyabanda dəfn olundu - FOTO

13:21 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbov dəfn olunub.

Hafta.az xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbov Təzə Pir məscidindən son mənzilə yola salınır.

Hafta.az xəbər verir ki, mərasimdə Ramiz Abutalıbovun yaxınları, dostları, ailə üzvləri iştirak edib. Mərhumla vida mərasimi bu gün saat 12:30 – da II Fəxri Xiyabanda keçiriləcək.

Xatırladaq ki, Ramiz Abutalıbov bir müddət əvvəl yıxılaraq zədə aldığı üçün Moskvada xəstəxanaya yerləşdirmişdi. Uzun sürən xəstəlikdən sonra diplomat yanvarın 1-i axşam saatlarında müalicə aldığı xəstəxana vəfat edib.

Oxunma sayı 69
Media rubrikasından digər xəbərlər