“Real Madrid” Vinisiusla danışıqları dayandırdı

13:26 17.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Real Madrid” klubu futbolçusu Vinisius Juniorla müqavilənin uzadılması barədə danışıqları dayandırıb.

Hafta.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb futbolçunun maaşında endirimi qəbul etməməsi və əksinə, məvacibinin artırılmasını tələb etməsidir. O, “kral klubu”ndan ilinə 30 milyon avro istəyib. Lakin madridlilər bununla razılaşmayıb və ona satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, 25 yaşlı hücumçunun “Real Madrid”lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.