Rəhman Hümmətov: Bakıda 35 minə yaxın taksi fəaliyyəti göstərir

11:36 19.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt


Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir.

Hafta.az-ın məlumatına görə, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.

“Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - deyə o əlavə edib.