Rəsmi London iki rus oliqarxa öz pullarından istifadə üçün qismən icazə verdi

11:01 28.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərəni illərdir “ikinci ev”ə çevirən və sanksiyalardan sonra bu ölkədəki aktivləri bloklanan “Alfa Group” və “LetterOne” şirkətlərinin ortaq sahibləri olan rusiyalı iş adamları Mixail Fridman və Pyotr Aven nazirliklə müqavilə imzalayaraq maliyyə "əsas xərcləri üçün" hesablarından hər il 1 milyon funt sterlinq çıxarmaq üçün icazə aldılar.

Hafta.az-ın yazdığına görə, tədqiq edilən sənədlərə əsasən, bu icazə daha əvvəl "sürücüyə və ya süpürgəçiyə ödəməyə pulu belə olmadıqlarından" şikayətlənən iki milyarderə verilmişdi.

Əvvəllər Fridmana sürücülərin, təmizlikçilərin, özəl aşpazların və müxtəlif işlərdə çalışan digər işçilərin xərcləri də daxil olmaqla, 19 nəfərin ödənişi üçün 10 aylıq 300 min funt-sterlinq ödənişdən istifadə etmək hüququ verilmişdi. Fridman həmçinin ailənin "vacib əşyaları" üçün ayda təxminən 7 min funt sterlinq çıxara bildi. Digər tərəfdaş Avenin aylıq müavinəti 60 min funt sterlinq idi.

Fridman və Aven Britaniya hökuməti tərəfindən sanksiya tətbiq edilən yeganə Rusiya vətəndaşları deyil, lakin sonradan onların hüquqlarına qoyulan bəzi məhdudiyyətlər sakitcə aradan qaldırılıb.

Fridman və Aven bizneslərinə Putinə yaxın olduqları üçün deyil, özbaşına başladıqlarını deyiblər və bildiriblər ki, onlar tamamilə siyasi cəhətdən tərəfsiz iş adamlarıdır.

Fridman həmçinin Ukrayna və Aİ hakimiyyətlərinə müraciət edərək, infrastruktur, səhiyyə, qida və enerji sahələrində ölkə üçün kritik əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi məqsədilə Alfa-Bank Ukraynaya 1 milyard dollarlıq şəxsi vəsaitin köçürülməsinə icazə verməsini istəyib.

İngiltərə Maliyyə Nazirliyinin sözçüsü icazənin "vacib ehtiyacları" ödəmək üçün verildiyini və "mütləq yoxlanıldığını" açıqlayıb.

Siyasət rubrikasından digər xəbərlər