Rodriqo Qoes klubu tərk edə biləcək

09:47 11.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real Madrid"in 23 yaşlı braziliyalı futbolçusu Rodriqo Qoesə klubu tərk etməyə icazə verib.

Hafta.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, bir qədər Münhenin "Bavariya" klubu Qoesin transferi üçün rəsmi təklif göndərmək niyyətini artıq bəyan edib. Eyni zamanda braziliyalı futbolçuya İngiltərənin "Arsenal", "Çelsi" və "Mançester Siti" klubları da elçi düşüb. Hətta "Çelsi" artıq futbolçunun agenti ilə də əlaqəyə girib, lakin "zadəganlar" "Real Madrid"ə rəsmi müraciət ünvanlamayıb.