“Rosatom” Misirdə dördüncü nüvə reaktorunu tikməyə hazırlaşır

11:11 01.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Rosatom”un saytında dərc olunan açıqlamada qeyd olunub ki, şirkət Misirin şimal-qərbindəki Dabaa bölgəsində yerləşən atom elektrik stansiyasında dördüncü reaktorun tikintisi üçün lisenziya alıb.

Hafta.az-ın Bloomberg-ə istinadən yazdığına görə, Misirin ilk atom elektrik stansiyası olan Dabaa AES ümumi gücü 4800 MVt olan dörd reaktordan ibarətdir.

Misir Nüvə Gücləri İdarəsi Facebook-da bildirib ki, dördüncü nüvə blokunun tikintisinə icazə Nüvə və Radioloji Nəzarət Təşkilatı tərəfindən Nüvə Gücləri Təşkilatı ilə Nüvə və Radioloji Nəzarət Təşkilatı arasında bir sıra uğurlu texniki görüşlər nəticəsində verilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb: “Nüvə Elektrik Stansiyaları İdarəsindən tikinti icazəsi alındıqdan sonra dördüncü nüvə reaktorunun ilk beton dökümü üçün texniki işlərin oktyabrda həyata keçirilməsi planlaşdırılır”.

“Rosatom”un icraçı direktoru Aleksey Lixaçev iyulda bəyan etmişdi ki, Misirdə Əl-Dəbaa AES-in dördüncü reaktorunun tikintisinə gələn ilin noyabrında başlanılacaq.