Rublun devalvasiyası şirkətlərin 81 faizini vurdu

10:15 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan sorğu göstərib ki, rublun kəskin ucuzlaşması ölkədəki şirkətlərin 80 faizindən çoxuna təsir edib.

Hafta.az-ın yazdığına görə, “Aktion Upravlenie”nin sorğusunda iştirak edən şirkət nümayəndələrinin 81,1 faizi bu cavabı verib.

Digər tərəfdən, sorğu iştirakçılarının 44 faizi kəskin devalvasiyadan çox ciddi əziyyət çəkdiklərini bildirib. 67 faizlik seqment devalvasiyanın ən mənfi təsiri kimi məhsul və xammal qiymətlərindəki artımı göstərib.

Alıcılıq qabiliyyətinin aşağı düşməsi (47,6 faiz), gəlirliliyin azalması (40 faiz) və daşınma qiymətlərinin yüksəlməsi (34,7 faiz) digər şikayətlərdir.

Sorğunun nəticələrinə görə, şirkətlərin 10 faizi rubl ucuzlaşandan sonra tədarükçülərini dəyişərək zərərə uğrayıb. Devalvasiyanın mənfi təsirlərini azaltmaq üçün şirkətlərin 42,5 faizi xərclərini azaltmaq, 44,6 faizi isə məhsullarının qiymətini artırmaq qərarına gəlib.