Rumıniya Rusiya səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edib

22:17 05.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarmaq qərarına gəlib.

Bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xarici İşlər Nazirliyi bildirir ki, Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyət və hərəkətlərinin 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu nəzərə alaraq, onları Rumıniya ərazisində arzuolunmaz şəxslər elan etmək qərarına gəlib.