Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirilib

19:29 17.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, iyulun 19-u qeyri-iş gününə təsadüf etdiyinə görə I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün iyulun 26-dan müəllim seçimini etmək mümkün olacaq.