Rus dilini bilməyən mühacirlərə vətəndaşlıq verilmir

09:35 27.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada yeni qərarla rus dilini bilməyən, lakin saxta arayış alaraq rus dilini bildiyini iddia edən mühacirlərə vətəndaşlıq verilməyəcək.

Hafta.az-ın “Novıe İzvestiya” portalına istinadən yazdığına görə, Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk son illərdə bir çox xarici vətəndaşın bu yolla Rusiya vətəndaşlığı üçün müraciət etdiyini və bunun qarşısı alınmalı olduğunu açıqlayıb. Rusiyada daimi status almaq üçün mühacirlərdən rus dilini bilmələrini sübut etmək tələb olunur.

Son üç ildə aparılan yoxlamalar zamanı təqribən 14 min immiqrantın saxta dil sertifikatları ilə vətəndaşlıq üçün müraciət etdiyi müəyyənləşib. Polis saxta dil imtahanı təşkil edən şəxslərə qarşı da araşdırmalara başlayıb. Xüsusilə də Orta Asiya və Qafqaz əsilli mühacirlərin bu yolla Rusiyada məskunlaşmağa çalışdıqları bildirilir.

2024-cü ildə qüvvəyə minən yeni tənzimləmə ilə dil bilməyən immiqrantlara vətəndaşlıq və immiqrasiya statusu verilmir. Rusiya səlahiyyətliləri bu addımın mədəni kimliyi qorumaq və dil bilməyən immiqrantların ən yaxşı şəkildə cəmiyyətə gətirilməsini təmin etmək olduğunu bildirir.