Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına təqdim edilən yeni qanun layihəsində Rusiya vətəndaşlığını almış əcnəbilərin saxta nikah bağladıqları və ya rus dilini bilmədikləri müəyyən olunarsa, onların vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Hafta.az “Noviye İzvestiya” portalına istinadən yazır ki, qanun layihəsi “saxta sənəd” və “yalan bəyanat” anlayışlarını təcəssüm etdirmək məqsədi daşıyır. Vətəndaşlıq almış əcnəbinin saxta sənədlər təqdim etməsi və ya yalan ifadə verməsi aşkar edilərsə o, məhkəməyə veriləcək.
Qanun layihəsinin Dumaya Kaluqa Qanunvericilik Məclisi tərəfindən təqdim edildiyi öyrənilib. Qanun layihəsini hazırlayan deputatlar bildiriblər ki, ötən il Kaluqada 203 saxta nikah və 501 saxta rus dili biliyi sertifikatı aşkar edilib.
2022-ci ildə ölkə daxilində saxta nikah yolu ilə vətəndaşlıq alan əcnəbilərin sayı 220 olaraq açıqlanıb. Nikahın saxta olduğu əsas götürülərək ləğv edilən müvəqqəti yaşayış icazələrinin sayı 400-ü keçib.
Rus dilini bilməyənlər Rusiya vətəndaşlığından çıxarılacaqlar
12:10 29.03.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Dünya rubrikasından digər xəbərlər