Rus sülhməramlıları QARABAĞDA NÖVBƏTİ TƏLİMLƏR KEÇİRDİ

10:46 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağda yerləşdirilmiş rus sülhməramlıları son iki ayd artıq ikinci dəfədir ki, hərbi təlimlər keçiriblər.

Hafta.az Rusiya Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, Qarabağdakı rus hərbiçilər planlı döyüş hazırlığı məşğələləri çərçivəsində 27 müşahidə postunda mümkün pozulmaların qarşısının alınması və təhlükəsizliyin təmini üçün kompleks məşqlər keçiriblər.

Məlumata əsasən, məşq zamanı şəxsi heyət provokativ fəaliyyətlərin və müşahidə postlarına hücumların qarşısının alınması üzərində çalışıb. Məşqlərdə xüsusi təyinatlı tibbi dəstənin hərbi həkimləri ilkin tibbi yardımın göstərilməsi və evakuasiya üzrə normativləri icra ediblər.

Oxunma sayı 79
Gündəm rubrikasından digər xəbərlər