Rus turistlər Pfizer/BioNTech aşısı vurdurmaq üçün Türkiyəyə axın edirlər

10:50 25.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Qardaş ölkə Türkiyə xarici turistləri ölkəyə çəkmək üçün daha bir addım atıb.
Hafta.az-ın yazdığına görə, Avropa və Amerikada rəsmən tanınıb-qəbul edilmiş aşılardan birini - "Pfizer" və "BioNTech" vurdurmaq üçün əvvəllər Xorvatiya, Serbiya, Macarıstan və sair ölkələrə gedən rus turistlər bundan sonra daha aşağı qiymətə turpaket əldə edərək Türkiyəyə gedə biləcəklər. Məlumata görə, sözügedən turpaketin qiyməti bir nəfər üçün 46400 rubl, yəni 610 dollardır. Bu da yuxarıda adları çəkilən Avropa ölkələrinin təklif etdiyi paketdən xeyli aşağıdır. 
Rusiya Tur Operatorları Birliyi, Ankaranın aşı turuna imkan veren qaydalar qoymasından sonra turist bazarında təkliflər yaranmağa başlayıb. 
"Russkiy Eskpres" adlı firmanın başlatdığı turlar 3, 4 və 5 günlük olaraq təşkil olunur. Turpaketin qiymətinə gediş-dönüş təyyarə bileti, transferlər, 3 ulduzlu oteldə qalma, bələdçi və vurulacaq aşı daxildir. Bu sayədə Rusiya vətəndaşları Avropa Birliyi ölkələrinə və ABŞ-a daxil olmaq üçün həmin ölkələrdə tanınan "Pfizer" və "BioNTech" kimi aşılardan birini vurdura biləcəklər. Ancaq rus turistlərin sertifikat ala bilmələri üçün iki doza aşı vurdurması lazımdır.
"RİA"nın xəbərlərində "Rusiyalı turistlərin Türkiyədə koronavirusa qarşı aşı sertifikatı almaq problemi yaşaya bilərlər" iddia edilib. Rus mediasına görə, Türkiyədə aşının özü havayı olsa da, əcnəbi turistlərdən "aşı hidməti" olaraq 30 dollar alınacaq.
"M24 TV"nin xəbərində isə deyilir ki, "Türkiyədə aşı sertifikatı ancaq yaşamaq icazəsi olanlara verilir. "Türkiyədə turistlər ya Pfizer/BioNTech, ya da Sinovac aşısı vurdura bilərlər. Bunun üçün 400 lirə və ya 2,2 min rubl, yaxud da 30 dollar ödəməyə məcburdurlar. yaptırabilir. Əvəzində isə ilk dozadan sonra həmin turistin adı rəsmi "eNabiz" sisteminə düşür. Üstəlik onlara kağız və rəqəmsal sertifikat da verilir", - M24 TV bildirib. 
O da bildirilib ki, 610 dollarlıq turpaket alan turistlər iki doza Pfizer/BioNTech aşısı aldıqları təqdirdə Avropa Birliyi tərəfindən qəbul edilən aşı sertifikatı olan “Green Pass” əldə edə biləcəklər. 
Qeyd edək ki, iki doza aşı vurdurmaq istəyən ruslar ya Türkiyədə iki həftə qalmalı, ya da bu ölkəyə iki dəfə səyahət etməlidirlər.