Rusiya Aİ-nin nümayəndəliyinin 18 əməkdaşını “arzuolunmaz şəxs” elan edib

21:57 15.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin 18 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

Hafta.az Rusiya XİN-ə istinadla xəbər verir ki, nümayəndəliyin rəhbəri Markus Edererə müvafiq nota təqdim olunub. Həmin şəxslər yaxın günlərdə ölkə ərazisini tərk etməlidirlər.

Eyni zamanda, Rusiya aprelin 5-də ölkənin Avropa İttifaqında və Avropa Atom Enerjisi Birliyindəki 19 əməkdaşının “arzuolunmaz şəxs” elan edilməsinə etirazını bildirib.