“Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır” - Prezident

17:02 22.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb”.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.

Prezident İlham Əliyev qeyd edib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.

Dövlət başçısı Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.