Rusiya bir həftədə MİLYARDLARLA BORC ALDI

12:05 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya iqtisadiyyatı bu ilin ikinci rübündə yüzdə 4,1, üçüncü rübdə isə yüzdə 4 azaldıqdan sonra rəsmi olaraq resessiyaya girib.

Ukraynaya müdaxilədən sonra yüzlərlə iri şirkət Rusiyadan getdi və ya iş görməkdən imtina edib. İxrac da xeyli azalıb. Müharibənin başlaması ilə qiymətləri kəskin şəkildə yüksələn gəlirli benzin və qaz satışı ölkəni bu il ayaqda saxlasa da, hazırda əsasən ABŞ və Aİ-nin embarqoları altındadır. Putin Rusiyasının gəlirlərinin 2023-cü ildə azalacağı gözlənilir.

Ukraynadakı müharibə ölkənin maliyyə vəziyyətinə dağıdıcı təsir göstərib, Rusiya isə bir gündə 11,4 milyard funt-sterlinq borc alıb və indiyə qədərki ən böyük borcuna çatıb. İngilis kəşfiyyatı Moskvanın həftə sonunda 11,4 milyard funt sterlinq dəyərində istiqraz sataraq borc aldığını açıqlayıb.

Oxunma sayı 1989