Rusiya Ərdoğanın təklifinə "YOX" DEDİ

16:51 19.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini İvan Neçayev Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya AES-in tərksilah edilməsi çağırışlarını rədd edərək, “Demilitarizasiya stansiyanı daha da təhlükəli edir” deyib.

Hafta.az bildirir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Antonio Quterreş və Ukrayna prezidenti Vladimir Zelenski dünənki görüşlərində Avropanın ən böyük Atom Elektrik Stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasının tərksilah edilməsinin vacibliyinə diqqət çəkiblər. Prezident Ərdoğan “Yeni Çernobıl yaşamaq istəmirik” sözlərini işlətsə də, Quterreş “Zaporojye Atom Elektrik Stansiyasına vurulan hər hansı ziyan intihar olardı” deyib.

Rusiya liderlərin atom elektrik stansiyasının tərksilah edilməsi ilə bağlı çağırışlarına cavab verməkdə gecikməyib. Rusiya mart ayından nəzarətində olduğu Zaporojya Atom Elektrik Stansiyasının demilitarizasiyası və elektrik stansiyasının ətrafında silahsızlaşdırılmış zonanın yaradılması çağırışlarını rədd edib. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini İvan Neçayev “Tilahsızlaşdırma zavodu daha da həssas edir” dedi. Neçayev bildirib ki, Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nümayəndələrinin vəziyyəti araşdırmaq üçün tezliklə obyektə səfərini gözləyir.

AES-də çalışan ukraynalı işçilər sosial şəbəkələrdəki paylaşımlarında son həftələrdə obyektdə nüvə fəlakətinin baş verə biləcəyi barədə xəbərdarlıq edərək, “obyektin davamlı hərbi hücumların hədəfi olduğunu” bildiriblər.