Rusiya hələ də ABŞ-dan cavab almayıb

15:09 09.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Sülh Şurasının yaradılması üçün özünün dondurulmuş 1 milyard dollar vəsaitini ayırmaq təklifinə ABŞ-dan hələ cavab almayıb.

Hafta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin sözçüsü onu da qeyd edib ki, Xarici İşlər Nazirliyi öz müttəfiqləri və tərəfdaşları ilə birlikdə RF Prezidentinin göstərişlərinə uyğun olaraq Rusiyanın Sülh Şurasında mümkün iştirakı üzərində işləyir.