Rusiya hərbçisi Xankəndində separatçı-terrorçu rejimin əski parçasını qaldırdı...-FOTO

19:55 16.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Azərbaycan torpağındakı  sülhməramlı sayılan hərbi kontingenti nümayəndələrinin  bu gün - avqustun 16 -da artıq 10-cu gündür  xeyli hissəsi susuz qalmış Xankəndinin bir sıra küçələrinin erməni sakinlərini içməli su ilə təmin etməsi haqda informasiyalar yayılıb.

Hafta.az xəbər verir ki, qəsbkar Ermənistanın “armenianstate” teleqram-kanalında yayılmış məlumata görə, Rusiya hərbçiləri Azərbaycan Respublikasının Xankəndi şəhərinin 200-ə yaxın erməni sakinini su ilə təmin edib.

Bu arada sakinlərlə mehriban ünsiyyətdə olan sülhməramlı(?) hərbçilərdən birinin  balaca erməni qızı ilə birlikdə Qarabağdakı separatçı-terrorçu rejim tör-töküntülərinin əski parçasını əlində saxlamasının foto-görüntüləri yayılıb...