Rusiya ilə Almaniya arasında müharibə ehtimalı artır - Kotre

18:20 10.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Ukrayna münaqişəsinə qarışması onu Rusiya ilə müharibəyə apara bilər. Bu fikri Bundestaqın “Almaniya üçün Alternativ” partiyasından olan deputatı Şteffen Kotre səsləndirib.

Deutschland Kurier YouTube kanalının efirində o, Kiyevə alman silahlarının verilməsini səhv adlandırıb. Deputat xatırladıb ki, Ukraynadakı döyüşlər Almaniyanın münaqişəsi deyil.

"Biz bütün bunlardan uzaq durmalıyıq və əlbəttə ki, sülh təşəbbüslərini təşviq etməyə başlamalıyıq" deyib Kotre. O, həmçinin əlavə edib ki, silah göndərilməsi münaqişənin həllinə yaxınlaşdırmır, əksinə, daha da gərginləşdirir. Kotre Berlini Moskva ilə münasibətləri saxlamağa çağırıb.

Eyni zamanda, onun fikrincə, Rusiyaya qarşı sanksiyalar ilk növbədə Almaniyanın özünə ziyan vurub.