Rusiya ilin sonuna kimi 1300 “Şahed” toplamağı planlaşdırır

18:16 28.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Hərbi-Sənaye Kompleksi ilin ikinci yarısına qədər İranın Şahed kamikadze pilotsuz uçan aparatının rusiyalı analoqu olan 1300 ədəd Geran-2 sursat istehsal etmək niyyətindədir, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü general Vadim Skibitski deyib

Onun sözlərinə görə, rus “şahedləri”ni yığarkən həm xarici, həm də yerli istehsalı olan komponentlərdən istifadə etməyi planlaşdırırlar.

Eyni zamanda, Skibitski hesab edir ki, indiki şəraitdə Rusiya sənayesi bu qədər PUA istehsal etmək iqtidarında deyil.