Rusiya Könüllülər Korpusunun komandiri ölkədəki hərbi obyektlərə atəş açacaqlarını bəyan etdi

12:15 14.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Rusiya ordusuna qarşı döyüşən Rusiya Könüllülər Korpusunun(RKK) komandiri və qurucusu Denis Nikitin bildirib ki, rusiyalı könüllülər 1,5 saat ərzində Belqorod və Kursk vilayətlərindəki Rusiya hərbi obyektlərinə atəş açacaqlar.

Hafta.az xəbər verir ki, bu haqda “Ukrainskaya pravda” məlumat yayıb.

“Bir daha Kursk və Belqorod vilayətlərinin sakinlərinə müraciət edirik! Sizin mühafizəniz və ya təxliyyəniz üçün rəhbərliyiniz heç bir tədbir görməyib, Ukraynanın dinc şəhər və kəndlərinin atəşə tutulması əvvəlki kimi davam edir. Sərhəd rayonlarındakı hərbi hədəflərə cavab atəşi açmağa məcburuq! Dərhal evakuasiya olunun.

Mən birbaşa bu rayonların sakinlərinə müraciət edirəm. Dərhal Kursk vilayətini, Belqorod vilayətini və bütün əsas yaşayış məntəqələrini tərk edin. Bu tələbdən sonra 1,5 saat ərzində bu ərazidəki hərbi hədəflərə atəş açacağıq”- RKK rəhbərinin bəyanatında belə deyilir.

Xatırladılır ki, martın 13-də rusiyalı könüllülər birgə bəyanat yayaraq, Belqorod və Kurskda Rusiya hərbi mövqelərinə hücumlar elan edib və yerli sakinləri təxliyə etməyə çağırıblar.

Martın 12-də “Rusiyanın Azadlığı” legionu, RK” və “Sibir batalyonu” döyüşçüləri Rusiyanın sərhəd ərazisinə daxil olduqlarını bildiriblər, hərbi könüllü dəstələr müraciət və telegram-kanallarında guya hərbçilərin Rusiya Federasiyası ərazisində mövcudluğunu və atışmaları əks etdirən video yayımlayıblar.

“Rusiyanın azadlığı” rus legionunun könüllüləri Kursk bölgəsinin Tyotkino kəndini tamamilə nəzarətə götürdüklərini bildiriblər.

RKK rəhbəri bildirib ki, korpus döyüşçüləri Ukrayna ilə həmsərhəd ərazilərdə Rusiya diktatoru Vladimir Putinin psevdo-seçkilərinin olmaması üçün səy göstərəcəklər.

“Rusiyanın Azadlığı” legionunun, Rusiya Könüllülər Korpusunun və “Sibir batalyonunun” əsgərləri Rusiyanın Kursk və Belqorod vilayətlərində irəliləyir, Rusiya silahlı qüvvələrinə qarşı vuruşur və onları məğlub edirlər", - "Rusiya Azadlığı“ legionunun könüllüsü Aleksey Baranovski belə deyib.