Rusiya neftini baha qiymətə sata bilməyəcək - ABŞ-dan açıqlama

14:45 13.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya marjinal qiymətlərin tətbiqindən sonra neftin yeni alıcıları axtarmağa çalışacaq, lakin onu eyni qiymətə satmaq onun üçün çətin olacaq. Bunu Bloomberg-ə müsahibəsində ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

"Onlar alıcı axtaracaqlar və düşünürük ki, bütün bunları satmaq onlar üçün çətin olacaq", - Yellen bildirib.

Onun sözlərinə görə, Rusiya ən böyük ehtimalla nefti müəyyən edilmiş marjinal qiymətə satmalı olacaq. Ona görə də ümid var ki, Moskva özü neftin ixrac qiymətlərini Qərb ölkələrinin qəbul etdiyi məhdudiyyətlərdən aşağı səviyyəsində müəyyən etməsə, dekabrın 5-dən tədarükdə müəyyən azalma olacaq.