Rusiya prezidenti Vladimir Putin nəyin bahasına olursa-olsun Ukrayna Donbasını fəth etmək istəyir. Belə ki, hazırda döyüş meydanında üstünlük rusların tərəfindədir.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, məşhur “Bild” nəşrinin materialında belə deyilir.
Nəşr yazır ki, Rusiya qoşunları tükənsə də, yenə də qarışbaqarış mövqelərini bərpa edirlər.
"Qurbanların sayı çox böyükdür, bəzən gündə min nəfərə çatır. Lakin əsgərlərinin ölümü Vladimir Putinin vecinə deyil. O, nəyin bahasına olursa olsun, fəth etmək istəyir", - materialda bildirilir.
"Ukrayna hücumun ikinci ildönümünə yaxınlaşdıqca, fevralın 24-də ölkə geriyə və irəliyə baxacaq. Bu soyuq qış günlərində qeyri-müəyyənlik və məyusluq hissləri yüksəkdir... Sual odur ki, Vaşinqton, Berlin və Parisdə bütün bu faciəli dram həqiqətən də başa düşülə bilibmi? ”, - deyə nəşr yekunlaşdırır.