Xarkov vilayət hərbi adminstrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, işğalçılar tərəfindən regional Çuquyev şəhərinin atəşə tutulması zamanı Rusiya vətəndaşı da həlak olub.
Hafta.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu haqda Oleq Sinequbov telegram-kanalda paylaşım edib.
“Çuquyev şəhərində 58 yaşlı kişi işğalçıların şəhəri atəşə tutması nəticəsində həlak olub. O, Rusiya Federasiyasının vətəndaşıdır”.
VHA rəhbəri həmçinin bildirib ki, düşmənin atəşə tutması nəticəsində gün ərzində Çuquyev rayonunda 3 qadın və Xarkovda 1 kişi olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib:
Xatırladılır ki, çərşənbə günü, avqustun 3-də Rusiya ordusu YARS-dan Xarkov vilayətində cəbhə xəttində yerləşən Çuquyev rayonunu atəşə tutublar. Nəticədə bir nəfər ölüb, daha iki nəfər yaralanıb.