Rusiya pasportu almış 350-dən çox vətəndaş reydlərdən sonra ordu sıralarına göndərilib

18:21 07.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva vilayətində reydlərdən sonra yeni pasport almış 350-dən çox vətəndaş hərbi xidmətə yola salınıb. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, oktyabr və noyabr aylarında Moskva yaxınlığındakı anbarlarda, tikinti obyektlərində və bəzi şirkətlərdə təhlükəsizlik qüvvələrinin keçirdiyi reydlərdən sonra 350-dən çox adam orduya çağırılıb. Onların hamısı bu yaxınlarda Rusiya pasportu alıblar.

Baza qeyd edir ki, reydlərdə polis əməkdaşları ilə yanaşı, Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqləri və hərbi komissarları da iştirak edir. Telegram kanalının məlumatına görə, hüquq-mühafizə orqanlarını ilk növbədə Rusiya pasportu almış, lakin hərbi xidmət üçün qeydiyyatdan keçməmiş vətəndaşlar maraqlandırır.

 

Oxunma sayı 123