Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay bildirib ki, prezident Kasım Cömert Tokayev və Rusiya prezidenti Vladimir Putin Rusiya-Qazaxıstan-Özbəkistan Üçtərəfli Qaz İttifaqının yaradılmasını müzakirə ediblər.
Hafta.az-ın yazdığına görə, Jeldibay Tokayevin dünənki Moskva səfəri zamanı gündəmə gələn Rusiya-Qazaxıstan-Özbəkistan Üçlü Qaz Birliyi ilə bağlı yazılı açıqlama verib. Qazaxıstan və Rusiya liderlərinin Kremldəki görüşlərində məsələnin gündəmə gəldiyini bildirən Jeldibay, birliyin Rusiya qazının Qazaxıstan və Özbəkistan üzərindən tranzitində koordinasiyanı təmin etməyi hədəflədiyini vurğulayıb.
“Qazaxıstan prezidenti Tokayev və Rusiya prezidenti Vladimir Putin hesab edirlər ki, bu məsələnin bütün tərəflərin maraqları nəzərə alınmaqla, rasional həllini tapmaq üçün üç ölkənin ekspertlərinin iştirakı ilə ətraflı danışıqlar aparılmalıdır”, - deyə Jeldibay bildirib.